Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.Apasport.az saytının məlumatına görə, günün ilk oyununda qrup mərhələsini lider kimi başa vurmuş Konqo DR ikinci kimi 1/4 finala adlamış Qana ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Qana final üçün yarışacaq.Mərhələnin son oyununda isə qrupu birinci pillədə tamamlamış Misir Şimali Afrikanın digər təmsilçisi Mərakeşlə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Mahmud Kahrabanın sona 2 dəqiqə qalmış vurduğu qol Misiri yarımfinala çıxarıb.Qeyd edək ki, daha əvvəl Kamerun və Burkina Faso yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda Misir Burkina Faso ilə, Kamerun isə Qana ilə qarşılaşacaq. İlk yarımfinal matçı fevralın 1-də, digər qarşılaşma isə bir gün sonra keçiriləcək.xeber100.com
Afrika Millətlər Kuboku
1/4 final
29 yanvar
Konqo DR – Qana 1:2
Qol: Pol-Joze Mpoku, 68 – Cordan Ayyu, 63. Andre Ayyu, 78-pen.
Misir – Mərakeş 1:0
Qol: Mahmud Kahraba, 88.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…