Afrika Millətlər Kubokunda ilk finalçı müəyyənləşib

2 Fevral 2017 11:15

Xəbər 702 dəfə oxunub

Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.Azərtac xəbər verir ki, Misir milli komandası yarımfinalda Burkina-Faso yığması ilə qarşılaşıb və matç 1:1 hesabı ilə başa çatıb. Oyunsonrası penaltilər seriyasında rəqibini məğlub edən Misir millisi adını finala yazdırıb.İkinci yarımfinalçının adına bu gün oynanılacaq Kamerun-Qana görüşündən sonra aydınlıq gələcək.xeber100.com