Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub

18 İyul 2019 11:13

Xəbər 524 dəfə oxunub

İyulun 17-də Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.Azərtac xəbər verir ki, turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.Turnirin final görüşü iyulun 19-da keçiriləcək. Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.xeber100.com