Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı, cüdo üzrə idman ustası İlqar İsmayılovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib.Azərtac xəbər verir ki, turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” şahmat klubunun birgə təşkilatçılığı ilə açıq havada təşkil edilib.Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, “Ağ Top” şahmat klubunun direktoru Cavanşir Bağırov və digər rəsmi qonaqlar qeyd ediblər ki, yarışın keçirilməsində məqsəd İlqar İsmayılovun xatirəsini yad etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini tərbiyə etmək, eyni zamanda, onları şahmata cəlb edərək bu idman növünü daha da inkişaf etdirməkdir.Turnirdə 48 şahmatçı iştirak edib. Yekun nəticələrə görə, oğlanlar arasında Rəvan Uğurov, qızların yarışında Xanım İsmayılova birinci yerləri tutublar. 12 yaşadək oğlanlar arasında isə Orxan Bağırov, qızlar arasında Nurtən Nuriyeva fərqləniblər.Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…