Aprelin 24-də Milli Gimnastika Arenasında gənc gimnastların iştirak etdikləri “AGF Junior Trophy” adlı beynəlxalq turnirin ikinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda gimnastların fərdi çıxışlar üzrə qalib və mükafatçıları məlum olub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub.İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.Mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev və Azərbaycan Gimnastika Federasiyasının meneceri Sevda Bağırova təqdim edib.Top üzrə yarışlarda Azərbaycan təmsilçisi Nərminə Səmədova 16.050 xal toplayaraq turnirin gümüş medalına sahib olub. Rusiya gimnastı Darya Trubnikova 17.650 xal toplayaraq qızıl medala layiq görülüb. Bolqarıstan təmsilçisi Tatyana Volojanina 15.850 xal toplayıb və bürünc medala layiq görülüb.Mükafatçılara medalları hakim Yevqeniya Jidkova, AGF-nin meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.Qeyd edək ki, ötən gün Azərbaycan yığması 89.250 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb. Turnirin qızıl və gümüş mükafatına müvafiq olaraq Rusiya (100.900) və Belarus (93.300) komandaları layiq görülüb.Azərbaycanlı gimnast Arzu Cəlilova hakimlər briqadası tərəfindən “Ən yüksək icra xalına görə” “AGF Trophy” mükafatına layiq görülüb.Xatırladaq ki, “AGF Junior Trophy” turniri 2018-ci il iyunun 1-dən 3-dək İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…