“AGF Junior Trophy” beynəlxalq turnirinin Belarusdan olan iştirakçısı Kseniya Steşits öz çıxışından məmnun qaldığını bildirib.İdmançı həm paytaxtımızla, həm də Milli Gimnastika Arenasında təşkil olunmuş oyunlarla bağlı təəssüratlarını Trend-lə paylaşıb:”İştirak etdiyim digər yarışlarla müqayisə etsək, Bakıdakı çıxışımdan razı qaldım. Özümü topladım və bütün tapşırıqları yaxşı yerinə yetirməyə çalışdım. Bakıya ilk dəfə gəlirəm və burada hər şey xoşuma gəldi. Buradakı Milli Gimnastika Arenası çox gözəldir, tamaşaçıların dəstəyi isə adama daha da güc verir. Yarışlar hələ davam edir və mən finala çıxmağa ümid edirəm”.K.Steşits şəhərlə hələ yaxşı tanış olmağa imkanı olmadığını, bazar günü Bakıda gəzintiyə çıxacağını da bildirib.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…