“AGF Trophy” dünya kuboku yarışı keçiriləcək

29 Oktyabr 2016 18:42

Xəbər 733 dəfə oxunub

Gələn il fevralın 18-19-da Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “AGF Trophy” dünya kuboku yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası (AGF) yarışın yüksək səviyyədə təşkili məqsədilə könüllülərin qəbulunu elan edir. AGF-dən Azərtac-a bildiriblər ki, könüllülərin əsasən nümayəndə heyətlərinə tibbi xidmətin göstərilməsi, akkreditasiya, katibliyin işlərində, mükafatlandırma və digər istiqamətlərdə fəaliyyət göstərmələri nəzərdə tutulub. AGF bu yarışın könüllülərinə 2017-ci ildə təşkil olunacaq idman gimnastikası (16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG “AGF Trophy” dünya kuboku yarışlarına da könüllü kimi qatılmaq imkanı verir.xeber100.com