Ağır atletika üzrə Azərbaycan yığma komandası İranın Əhvaz şəhərində keçirilən ikinci beynəlxalq “Fəcr kubok”u yarışında 7 medal qazanıb.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə Sənan Mirzəyev (85 kq) birdən qaldırma hərəkətində 141 kiloqramı ram edib. O, bu nəticə ilə üçüncü olub. Təkanla qaldırmada isə 167 kiloqramı başı üzərinə qaldıran S.Mirzəyev dördüncü yeri tutub.Ruslan Rzazadə (56 kq) birdən qaldırma hərəkətində 98 kiloqramı ram edərək gümüş medala sahib olub.Allahyar Abışov (62 kq) birdən qaldırmada 120 kiloqramı ram edib. O, bu göstərici ilə bütün rəqiblərini üstələyib. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldıraraq üçüncü yeri tutub.Beləliklə, Azərbaycan yığması “Fəcr kuboku” turnirini üç bürünc, həmçinin ayrı-ayrı hərəkətlərdə – birdən qaldırmada bir qızıl, bir gümüş və bir bürünc, təkanla qaldırmada isə bir bürünc medalla başa vurub.Millimiz topladığı 465 xal və qazandığı 7 medal sayəsində komanda hesabında dördüncü yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…