Azərbaycanın bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsi Samuxda başa çatıb.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, burada Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 100-ə yaxın atlet körpücük üzərinə çıxıb.Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Qeyd edək ki, zona turnirində 1999-2007-ci il təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparıb, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.Xatırladaq ki, seçmə mərhələ yarışları təqvim planına əsasən üç zona üzrə ildə dörd dəfə keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…