Ağır atletika üzrə Avropa birinciliyi başa çatır

30 Sentyabr 2017 13:23

Xəbər 922 dəfə oxunub

Kosovanın paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatır.Azərtac xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır.Yarışda millimiz növbəti medalını qazanıb. Rəhman Kazımov körpücük üzərinə yaşı 15-dək olan oğlan atletlərin yarışında 94 kiloqramdan yuxarı çəki dərəcəsində çıxıb.Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 115 kiloqram nəticə ilə bu hərəkətdə ikinci olub.Təmsilçimiz təkanla qaldırma hərəkətində 149 kiloqramı ram edərək bu hərəkətdə üçüncü pillədə qərarlaşıb.Toplam 264 kiloqram (115+149) nəticə göstərən atletimiz yekun sıralamada Avropa birinciliyinin gümüş medalını qazanıb.Qeyd edək ki, millimiz yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.xeber100.com