Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, bu dəfə kişilər arasında 81 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşib. Kənan Əliquliyev 290 kiloqram (130+160) nəticə ilə qızıl medala sahib çıxıb. İsmayıl Baxışov 249 kiloqram (111+138) nəticə ilə gümüş, Həmid Qocayev isə 248 kiloqram (118+130) göstərici ilə bürünc medala sahib olub.Azərbaycan kuboku yarışlarının keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. Turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər İdman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayır.Xatırladaq ki, turnirin birinci günündə körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kiloqram (78+93) nəticə və 233,29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kiloqram (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova çıxıblar.Kişilərdən isə ilk olaraq 49, 55 və 61 kiloqram çəki dərəcələrində atletlər qüvvələrini sınayıblar. Bu çəki dərəcələrində müvafiq olaraq, Əvəz Tağıyev (toplam 152 kiloqram), Ömər Cavadov (198 kiloqram) və Elməddin Hüseynov (228 kiloqram) qalib olublar.Körpücük üzərinə son olaraq 67 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişilər çıxıblar. Məhəmməd Məmmədli (67 kq) toplam 267 kiloqram (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kiloqram geri qalan Rüstəm Qasımov (120+146) gümüş medal əldə edib. Fəxri kürsünün üçüncü pilləsinə isə 255 kiloqram (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb.Paşa İbrahimli (73 kiloqram) isə toplam 291 kiloqram (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kiloqram (120+140) nəticə ilə Füqan Əliyev, üçüncü yerdə isə 248 kiloqram (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…