Ağır atletika üzrə beynəlxalq “Fəcr kubok”u davam edir

12 Mart 2017 11:50

Xəbər 816 dəfə oxunub

İranın Əhvaz şəhərində ağır atletika üzrə ikinci beynəlxalq “Fəcr kubok”u davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə yığma komandamızın üzvlərindən daha biri bürünc medal qazanıb.Allahyar Abışov 62 kiloqram çəki dərəcəsində birdən qaldırmada 120 kiloqramı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldırıb. Toplam 262 kiloqram (120+142) nəticə göstərən A.Abışov turnirin bürünc medalına sahib olub.xeber100.com