Ağır atletika üzrə çempionatın keçiriləcəyi vaxt müəyyənləşib

23 Aprel 2020 18:17

Xəbər 555 dəfə oxunub

Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib.Azərtac xəbər verir ki, qitə birinciliyi oktyabrın 31-dən noyabrın 8-dək əvvəlcədən planlaşdırıldığı kimi Moskvada təşkil olunacaq.Əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-nə təxirə salınmışdı. Daha sonra həmin tarix də qeyri-müəyyən vaxta uzadılmışdı.Qeyd edək ki, Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.xeber100.com