Ağır atletika üzrə yarışlarının seçmə mərhələsinə yekun vurulub

4 Fevral 2017 12:11

Xəbər 772 dəfə oxunub

omAzərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, son olaraq fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 150-yə yaxın atlet körpücük üzərinə çıxıblar.Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com