Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okeanı regionunda ümumi daxili məhsulun artımının 2018-ci ildə 6 faiz, 2019-cu ildə isə 5,9 faiz olacağını proqnozlaşdırır.Azərtac xəbər verir ki, bu barədə AİB-in 2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) adlı yeni hesabatında bildirilir.Hesabatda deyilir ki, yüksəkgəlirli yeni sənayeləşmiş iqtisadiyyatlar istisna olmaqla, iqtisadi artımın 2018-ci ildə 6.5 faiz və 2019-cu ildə 6,4 faiz olacağı gözlənilir.Çin Xalq Respublikasında (ÇXR) iqtisadi artım 2018-ci ildə 6,6 faiz, 2019-cu ildə isə 6,4 faiz yavaşlayacaq. Ölkə daxilində və xaricdə güclü tələbat ÇXR-də aparılan iqtisadi islahatlarla birgə davamlı iqtisadi artımın və makroiqtisadi stabilliyin bünövrəsini qoyur.Cənubi Asiyada iqtisadi artım dünyada ən sürətli artımlardan biridir və regionun ən iri iqtisadiyyatı Hindistanın iqtisadi artımının bərpası ilə stimullaşır. Hindistanın iqtisadi artımının 2017-ci maliyyə ilində proqnozlaşdırılan 6,6 faizdən sonra 2018-ci maliyyə ilində 7,3 faiz, 2019-cu ildə isə 7,6 faizə çatacağı gözlənilir.Cənubi Asiya qlobal ticarətin və əmtəə məhsullarının qiymətlərinin artmasından faydalanmağa davam edir. Subregionun 2017-ci ildə iqtisadi artım tempinin (5,2 faiz) həm 2018, həm də 2019-cü ildə saxlanacağı gözlənilir. Yüksək investisiyalar və ölkədaxili istehlak İndoneziya, Filippin və Taylandda iqtisadi artımı sürətləndirəcək, sənaye bazasında genişlənmə isə Vyetnamda iqtisadi artımı stimullaşdıracaq.Mərkəzi Asiyada iqtisadi artımın əmtəə qiymətlərinin artması fonunda 2018-ci ildə 4 faiz, 2019-cu ildə isə 4,2 faiz olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…