Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı keçirilir.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışların ilk gününü Azərbaycan yığma komandası üçün uğurlu hesab etmək olar. Belə ki, ölkəmizi təmsil etmək üçün Jeşuva yollanmış hər iki qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı yunior komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanmağı bacarıblar. Lakin final mərhələsində yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, məsuliyyətli vəzifəni icra etmək Ağasif və Nurcan cütlüyünün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız onlara olan ümidləri layiqincə doğruldaraq 27.900 xalla qitə çempionatının bürünc medalına sahib olublar.Bu gün isə cütlüklərimiz növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaqlar. Temp proqramında yarışacaq gimnastlar öz aralarında məhz bu proqram üzrə turnirin son günü baş tutacaq final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…