Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır.Azərtac xəbər verir ki, noyabrın 17-18-də Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika üzrə Bakıda ilk dəfə olaraq dünya kuboku təşkil olunacaq.İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. İlkin sifarişə əsasən, Azərbaycan akrobatları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçiblər.Ölkəmizi kubok yarışlarında son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov–Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının gümüş medalçıları Seymur Cəfərov–Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaqlar.Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…