Almaniya Bundesliqasında növbəti turun oyunları keçirilir

12 May 2019 11:23

Xəbər 743 dəfə oxunub

Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.Milli.az xəbər verir ki, lider “Bavariya” səfərdə “Leyptsiq”lə qarşılaşıb. Münhen klubu qələbə qazansa, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lakin görüç qolsuz başa çatıb.Çempion komanda sonuncu – 34-cü turda müəyyənləşəcək.”Leyptsiq” – “Bavariya” – 0:0.Bundesliqada turnir cədvəlinə 75 xalla “Bavariya” başçılıq edir. Dortmund “Borussiya”sı 73 xalla 2-ci, “Leyptsiq” 66 xalla 3-cü, Münhenqladbax “Borussiya”sı 55 xalla 4-cüdür.xeber100.com