Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.Azərtac bildirir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss olunacağı təxmin edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…