İyunun 10-da futbol üzrə Almaniya kubokunun ikinci yarımfinal görüşü keçirilib.Azərtac xəbər verir ki, bir oyundan ibarət görüşdə “Bavariya” “Allianz Arena”da “Ayntraxt” komandası ilə qarşılaşıb. Oyunda hesabı erkən qolla (14-cü dəqiqə) Münxen təmsilçisi açıb. İvan Perişiç Tomas Müllerin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Birinci hissədə hesab dəyişilməsə də, fasilədən sonra “Ayntraxt” hesaba tarazlıq gətirib. Oyuna yenicə daxil olmuş Danni Da Kosta adını tabloya yazdırıb. Qoldan altı dəqiqə sonra “Bavariya” yenidən hesabda önə keçib. Robert Levandovskiy çoxötürməli kombinasiyanı qola çevirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Bavariya” Almaniya kubokunun final mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi həlledici görüşdə iyunun 9-da “Saarbrükken” klubunu 3:0 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” komandası ilə qarşılaşacaq.Final görüşünün iyulun 4-də keçirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…