Almaniya yığması ilə yoldaşlıq görüşü keçiriləcək

1 Avqust 2017 11:17

Xəbər 864 dəfə oxunub

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının növbəti yarışlara hazırlığı çərçivəsində avqustun 20-26-da Almaniya yığması ilə yoldaşlıq görüşü keçiriləcək.Azərtac xəbər verir ki, beş lövhədə görüş Azərbaycan Şahmat Federasiyasının binasında Sheveningen sistemi üzrə keçiriləcək.Vaxta nəzarət 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.Matçın baş hakimi FIDE-nin beynəlxalq arbitri Lütfiyar Rüstəmovdur.xeber100.com