Almaniyada boks turniri keçirilib

10 May 2016 11:17

Xəbər 1143 dəfə oxunub

Almaniyanın Vaysvasser şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən peşəkar boks turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, turnirin finalında alman boksçu Matthias Pelk ilə Gürcüstan boksçusu Jaba Çautaşvili mübarizə aparıblar. Rəqibini xal hesabı ilə məğlub edən almaniyalı idmançı rinqdə qalib gələrək 5-ci dəfə Heydər Əliyev adına Dünya Boks Komitəsinin kəmərinə sahib olub. Turnirdə Belarus, Gürcüstan, Ukrayna, Tacikistan, Polşa, Keniya boksçuları da mübarizə aparıblar. 2007-ci ildən bəri Almaniyada keçirilməsi ənənə halını alan bu turnir Azərbaycanın Almaniyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Boks Federasiyası, “Qəbələ” idman klubu, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutur.xeber100.com