Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib

9 Yanvar 2023 10:54

Xəbər 318 dəfə oxunub

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan yarımmüdafiəçi Pyer Kundeni icarəyə götürüb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Kamerun yığmasının da üzvü olan futbolçu satınalma şərti ilə heyətə cəlb olunub. Kunde 2021-ci ildən “Olimpiakos”da forma geyinirdi. İyirmi yeddi yaşlı futbolçu Yunanıstan təmsilçisində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Kamerun yığmasında 34 oyuna 1 qol vurub.xeber100.com