Səhiyyə naziri Oqtay Şirəliyevin Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabla görüşündə hər iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində mövcud əlaqələrdən söhbət açılıb və gələcək perspektivlər müzakirə edilib. Səhiyyə Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Oqtay Şirəliyev hazırda ölkələrimiz arasında əməkdaşlığın ən məhsuldar səviyyədə davam etdiyini bildirib. Qeyd olunub ki, onlarla azərbaycanlı müdavim hər il Almaniyanın ən nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərilir. Eyni zamanda, Almaniyanın nüfuzlu universitet klinikalarından gələn professor və müəllim heyəti ölkəmizdə keçirilən seminarlarda, elmi konfranslarda iştirak edirlər. Ölkəmizdə yeni tikilən klinikaların planlaşdırılması və layihələrinin hazırlanmasında Almaniyanın müsbət təcrübəsindən istifadə olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Almaniyada istehsal olunan bir çox dərman vasitələri ölkəmizdə dövlət qeydiyyatından keçirilib və əczaçılıq marketlərinə çıxarılıb. Bundan əlavə, onlarla rezident təhsilini Almaniyanın universitet klinikalarında davam etdirib. M.Kinsqrab Azərbaycanda uğurla aparılan səhiyyə islahatlardan məmnunluqla danışıb. Qeyd edib ki, hazırda təcili tibbi yardım xidmətində istifadə edilən ambulansların Almaniyadan gətirilməsi böyük etimad və xoş münasibətlərin nəticəsidir. Görüşdə, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Almaniyadan mütəxəssislərin Azərbaycana dəvət olunması məsələsi də gündəmə gətirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…