Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2018” superturnirində liderlik edən 4 qrossmeyster – Maqnus Karlsen, Fabiano Karuana, Hikaru Nakamura və Uesli So eyni nəticə göstərir.Azərtac xəbər verir ki, bu qrossmeysterlərdən hər birinin aktivində 7 mümkün xaldan 4 xal var. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun və daha 3 iştirakçının hərəsinin 3,5 xalı var. Lakin Məmmədyarov onlardan bir oyun çox keçirib.Səkkizinci turda Amerika nümayəndəsi Hikaru Nakamura rusiyalı Sergey Karyakinə qalib gəlib, hindistanlı Vişvanatan Anand ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub, norveçli Maqnus Karlsen ilə Şəhriyar Məmmədyarovun, habelə amerikalı Uesli So ilə fransız Maksim Vaşye-Laqravın görüşləri sülhlə başa çatıb.Sonuncu, doqquzuncu turda bu cütlüklər qarşılaşacaqlar: Fabiano Karuana – Uesli So, Levon Aronyan – Hikaru Nakamura, Maksim Vaşye-Laqrav – Maqnus Karlsen, Sergey Karyakin – Vişvanatan Anand. Bu turda Şəhriyar Məmmədyarov oynamayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…