Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.Azərtac xəbər verir ki, turnirin altıncı turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatdığından reqlamentə görə, şahmatçılar “Armagedon” oynayıblar və Ş.Məmmədyarov rəqibinə məğlub olub.Şahmatçımız bir gün istirahətdən sonra növbəti turda çinli Dinq Lirenə qarşı oynayacaq.Hazırda Ş.Məmmədyarovun aktivində 5 xal var. Turnirə 9,5 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Çin təmsilçisi Yu Yanqyi 8, Levon Aronyan (Ermənistan) 7,5, ABŞ şahmatçısı Uesli So 6,5, Din Liren (Çin), hindistanlı Vişvanatan Anand 5,5, Fabiano Karuana (ABŞ) 5, Maksim Vaşe-Laqrav 4,5, rusiyalı Aleksandr Qrişuk isə 3 xal toplayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…