Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.Azərtac Finlandiya KİV-lərinə istinadla bildirir ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: “Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”.Qeyd edək ki, Sanna Marin Baş Nazir vəzifəsindən əvvəl Finlandiyanın Nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…