Aprelin 1-3-də ABŞ Konqresində bank komitələrinin liderləri, eləcə də ABŞ-ın ən nüfuzlu bank nəzarətçilərinin iştirakı ilə Vaşinqtonda Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib. Tədbirdə “Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edib.Vaşinqtonda ABŞ bank rəhbərlərinin ən böyük illik toplantısı olan bu sammit iştirakçılara ABŞ-ın bank sektoruna nəzarət edən bir sıra ekspertlərin fikirlərini və töhfələrini eşitmək fürsəti yaradıb. Bundan başqa, bankirlər mövcud bankçılıq siyasəti və çətinlikləri ilə bağlı öz baxışlarını bölüşmək imkanı əldə ediblər.“Builki sammit çərçivəsində “Qarşılıqlı İctimai Bank”, “Formalaşan liderlər” və “Qadın liderliyi” adlı forumlar keçirilib.Tədbirdə bankirlərə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bank siyasətində dəyişikliklərlə bağlı tövsiyələr edilib. Bu məsələləri həll etmək üçün siyasətçi və dövlət qurumları ilə birgə əməkdaşlıq etməyin vacibliyi vurğulanıb.“Həmçinin sammit daxilində ABŞ Konqres və Senatında bankirləri maraqlandıran və narahat edən məsələləri müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirilib”, – deyə V.Sadiq bildirib.Qeyd edək ki, “Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…