Amerika Birləşmiş Ştatlarında “Legasy Judo Tournament” adlı turnir keçirilib

23 Aprel 2023 19:33

Xəbər 375 dəfə oxunub

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, d10-12 yaşlı oğlanlar arasında 38 kiloqramdan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.xeber100.com