ABŞ Konqresi tarixində ilk dəfə amerikalı konqresmenlər üçün iftar süfrəsi açılıb.TASS agentliyi xəbər verir ki, iftar süfrəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri İlxan Omar (Minnesota ştatı), Andre Karson (İndiana ştatı) və Rəşidə Tlaip (Miçiqan ştatı) tərəfindən Amerika Müsəlman Hüquqşünaslar Assosiasiyası ilə birgə təşkil edilib.İftarda ABŞ Konqresinin Nümayəndələr Palatasının çoxsaylı üzvləri və əməkdaşları iştirak ediblər.R.Tlaip iftarın böyük tarixi əhəmiyyətini qeyd edərək deyib: “Bizi qorxuya salmaq və nifrəti təşviq etmək üçün ədalətsizliklə təqib edirlər. Bu gün biz burada ədalətə və sülhə sadiq olduğumuzu nümayiş etdiririk”.2018-ci ilin noyabrında Konqresə aralıq seçkilərin yekunları əsasında tarixdə ilk dəfə iki müsəlman qadın ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilib. Miçiqan ştatından Demokratlar Partiyasının nümayəndəsi, mənşəcə Fələstindən olan siyasətçi Rəşidə Klaip, Minnesota ştatından demokratların nümayəndəsi, əslən Somalidən olan İlxan Omar Konqresə seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…