Türkmənistanda keçiriləcək “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə fəal hazırlıq işləri aparılır. Bu ölkənin Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, yarışlar sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək. Trasa SSV sinfinə məxsus minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.Ölkənin şərqindəki Amudərya sahillərindən qərbə – Xəzər dənizinə doğru uzanan yarış trasının ümumi uzunluğu 1158 kilometrdir. Marşrutun əsas hissəsinin Qaraqum səhrasında qumluq ərazidən keçdiyi nəzərə alınarsa, yarışların iştirakçılar üçün əsl sınaq olacağı bəllidir.Türkmənistan bu cür yarışları təşkil etmək təcrübəsinə malikdir: 2009-cu ildə Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə “İpək yolu” beynəlxalq avtorallisi keçirilib. Üç ölkənin ərazisi boyunca dünyanın 30 dövlətindən avtomobil idmanı ustasının iştirakı ilə keçirilmiş bu rallinin marşrutu 4500 kilometr olub. Bu məsafənin yarıdan çoxu Türkmənistan ərazisinin payına düşüb.“Amul-Xəzər 2018” beynəlxalq səviyyəli avtorallisinin təşkili idmanın bu növünün geniş təbliği və Türkmənistanın irimiqyaslı yarış və turnirlərin keçirilməsinə qadir olan ölkə kimi nüfuzunun artmasına kömək edəcək.Əcnəbi iştirakçılar və yarışları işıqlandıracaq jurnalistlər, habelə bu cür cəlbedici yarışların həvəskarı olan azarkeşlər Türkmənistanın zəngin təbiəti, mənzərəli guşələri, mədəni və tarixi irsi ilə tanış ola biləcəklər. Şübhəsiz ki, “Amul-Xəzər 2018” avtorallisi ölkənin çoxsaylı qonaqları üçün yaddaqalan və idmanın dünyada sülhün və dostluğun möhkəmlənməsində oynadığı rola daha bir töhfə olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…