Çinin koronavirusdan zərərçəkmiş Uxan şəhərində zavodların fəaliyyəti bərpa edildikdən sonra buradan Tokionun yaxınlığında yerləşən “Narita” aeroportuna ilk yük təyyarəsinin uçuşu həyata keçirilib.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Çində koronavirus epidemiyasının mərkəzi hesab edilən Uxan şəhəri iki aydan çox bir müddət ərzində qapalı vəziyyətdə qalıb. Burada zavodların fəaliyyəti aprelin 8-də, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bərpa olunub.“All Nippon Airways” şirkətinin filialı olan “ANA Cargo” mayın 19-dan “Narita” ilə Uxan arasında birbaşa qeyri-müntəzəm yük reyslərinin icrasına başlamaq qərarına gəlib. Göyərtəsində 20 ton müxtəliflər yük – tibbi maskalar, avtomobillər üçün ehtiyat hissələri və digər elektron komponentlər olan ilk təyyarə dünən axşam saatlarında “Narita” aeroportuna enib.Bu reyslərin Uxan ilə Şanxay arasında yük daşımalarında yaranmış qarışıqlığı aradan qaldırmağa yardım edəcəyi gözlənilir.“ANA Cargo”nun icraçı direktoru Katsube Akio bildirib ki, şirkət ehtiyac duyulduğu təqdirdə reysləri davam etdirməyə hazırdır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…