Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə 2017-ci ildə başlanılması planlaşdırılır. Layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmə gözlənilmir. Anadolu agentliyi xəbər verir ki, bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak səsləndirib. Nazir bildirib ki, “Türk axını” üzrə ikinci boru kəməri Avropa bazarının aqibəti ilə əlaqəlidir. “Türk axını” Türkiyənin xüsusilə Qərb ilə yaşana biləcək böhranların aradan qaldırılmasını təmin etmək üçün əhəmiyyətli bir layihədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ötən gün ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu deyib. Bildirib ki, inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır. Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller qeyd edib ki, son proseslər çərçivəsində “Türk axını” üzrə planlaşdırılan iki boru kəmərinin tikintisi işlərinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…