Çin, Efiopiya və Çinin birgə həyata keçirməsi planlaşdırılan 4 milyard dollarlıq təbii qaz layihəsi hər il Efiopiyadan Çinə 10 milyon kubmetr mayeləşdirilmiş təbii qaz-LNG ixracını nəzərdə tutur. Anadolu agentliyinin verdiyi xəbərə görə, layihə yaxın zamanlarda icra edilməyə başlanacaq. Layihə Cibuti və Efiopiya arasında inşa ediləcək təbii qaz boru kəməri, qazı mayeləşdirən zavod və Cibutinin Damerjog bölgəsində tikiləcək ixrac terminalından ibarətdir. Hər il 12 milyard kubmetr təbii qaz daşıyacaq layihə 700 kilometrlik bir boru kəmərində ibarət olacaq. Həmçinin layihə üzrə Efiopiya hər il Çinə 10 milyon kubmetr LNG ixrac edəcək. Üç ildə həyata keçirilməsi planlaşdırılan layihəni Çinin “POLY-GCL Petroleum Group” şirkəti icra edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…