“Anadolu Efes” komandası ilə müqavilə yenilənəcək

15 Aprel 2020 23:04

Xəbər 619 dəfə oxunub

Şeyn Larkin Türkiyənin “Anadolu Efes” komandası ilə müqavilə müddətini yeniləməklə bağlı razılığa gəlib.Azərtac xəbər verir ki, basketbolçu İstanbul klubunda daha 2 il çıxış edəcək. Amma MBA klublarından təklif alacağı halda, amerikalı basketbolçu vətəninə azad agent statusu ilə qayıda bilər.Xatırladaq ki, müdafiəçi Avroliqa dayandırılanda yarışın ən məhsuldar oyunçusu idi. Ötən mövsüm məhz onun liderliyi sayəsində “Anadolu Efes” Avroliqanın finalına yüksələ bilmişdi.xeber100.com