Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu işlənib hazırlanıb. ATMU-dan Azərtac-a bildirilib ki, bu barədə Almaniyanın Vilhelmshaven şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” (SuToMa) layihəsi çərçivəsində keçirilən yekun konfransda bildirilib. Tədbirdə ATMU-nu tədqiqat və inkişaf şöbəsinin əməkdaşları Şəlalə Məmmədova və Kazım Quliyev təmsil ediblər. Layihə tərəfdaşları görülən işlər və nəticələrə dair hesabatla çıxış ediblər. Layihə rəhbərliyi, Yade Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Uve Vaythoner və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn layihənin hazırlanmasında və icra olunmasında ATMU-nun rolunu xüsusi qeyd ediblər. Tədbirin sonunda gələcək əməkdaşlıq üçün yeni fikirlər səsləndirilib. Həmçinin ATMU və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu işlənib hazırlanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…