Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası ilə anlaşma memorandumu imzalayıb.Azərtac xəbər verir ki, dekabrın 4-də Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan əyaləti bölməsi (CCPIT) və Çin Beynəlxalq Ticarət Palatasının (CCOIC) nümayəndələri Azərbaycana işgüzar səfərə gəlib. Çin nümayəndələrinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı ASK ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan bölməsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Bildirilib ki, 1952-ci ildə yaradılmış Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Çinin iqtisadi və ticarət sektorlarını təmsil edən ən iri təşkilat və müəssisələri öz ətrafında birləşdirən qurumdur. Şuranın əsas məqsədi hökumət və özəl müəssisələrə xidmət göstərmək, xarici ticarəti, xarici sərmayələrin cəlbini və özəl sektorun, iqtisadi əməkdaşlığın beynəlmiləlləşməsini təşviq etməkdir. 3000-ə yaxın müəssisəni öz ətrafında birləşdirən Yunnan əyaləti bölməsi dünyanın 70-dən çox ölkəsində milli ticarət palataları ilə əməkdaşlıq edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…