“Azərbaycan Dəmir Yolları” QSC-də “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Apa Economics”ə verilə məlumata görə, səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.Görüşün sonunda “Azərbaycan Dəmir yolları” QSC, Türkiyə Dövlət Dəmir Yolları Daşımaçılıq şirkəti və “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi ehtiva edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…