SOCAR San-Marino Respublikasının İctimai Xidmətlər üzrə Dövlət Şirkəti (“AASS”) şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.Azərtac xəbər verir ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San-Marinoda səfərdə olub. Səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San-Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və “AASS” prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.Sonda SOCAR və “AASS” arasında Anlaşma Memorandumu imzalanıb. İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd cari ilin mayında San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana səfəri zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…