Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir.ANSA agentliyi xəbər verir ki, bunu İtaliyanın Parlamentlə əlaqələr naziri Anna Finoççiaro deyib.“Bu layihə davamlı inkişaf məqsədlərinə nail olmaq baxımından ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Həmçinin TAP 2020-ci ildə Xəzər dənizi regionundan yeni qaz mənbəyinin İtaliyaya gəlişinə imkan verəcək və ənənəvi enerji mənbələrinə alternativ təklif edəcək”, – deyə Anna Finoççiaro bildirib.Bundan başqa, nazir bildirib ki, TAP ətraf mühitin mühafizəsi qaydalarına tam uyğundur.TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP-ın inşası üzrə işlərin 40,3 faizi görülüb. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.Boru kəmərinin İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi hazırda uğurla aparılır. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.“Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…