Antalyada təlim-məşq toplanışı çərçivəsində…

24 Yanvar 2018 14:57

Xəbər 727 dəfə oxunub

Antalyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.Azərtac xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunun 45-ci dəqiqəsində Gürcüstan millisinin üzvü avtoqolla yadda qalıb.Əvvəlki oyunlarda “Alanyaspor” klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-21 millisinə məğlub olub – 0:1.Qeyd edək ki, U-21 növbəti oyununu yanvarın 26-da Albaniyanın müvafiq yaş qrupuna qarşı keçirəcək.xeber100.com