Türkiyə Silahlı Qüvvələrinin qırıcıları ölkənin Şırnak və Haqqari bölgəsində PKK terrorçularının düşərgələrini dəqiq hədəflərlə bombalayıb. Bundan başqa, Kliç bölgəsindən İŞID terrorçu qruplaşmasının Suriya ərazisindəki hədəfləri top mərmiləri ilə vurulub. Üç nəfər İŞID mənsubunun öldürüldüyü bildirilir. Qeyd edək ki, son günlər İŞID terrorçuları dəfələrlə Suriya ərazisindən Türkiyənin Kliç bölgəsindəki yaşayış məntəqələrinə raketlərdən atəş açıblar. Dinc əhali arasında ölən və yaralananlar olub. Yaşayış binalarına və iaşə obyektlərinə zərər dəyib. Mayın 4-də səhər saatlarında da İŞID tərəfindən Kliçə raket zərbələri endirilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayın 4-də gecə saatlarında PKK tərəfdarları Türkiyənin Mardin-Derik rayonunda daha bir ağır terror aktı törədiblər. Bomba yüklü avtomobilin partladılması nəticəsində bir hərbçi həlak olub, dördü yaralanıb. Bölgədə antiterror əməliyyatları davam etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…