Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə “Apellyasiya şuralarına elektron şikayət qəbulu” üzrə elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirilib. Nazirlikdən Azərtac-a bildirilib ki, regional xarakter daşıyan tədbirdə Mingəçevir, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Xocalı, Laçın, Goranboy, Ağdaş, Göyçay, Ucar, Oğuz, Şəki, Qax və Naftalan şəhərlərindən olan nümayəndələr iştirak ediblər. Xatırladaq ki, “Apellyasiya şuralarına elektron şikayət qəbulu” üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çatdırmasına xidmət edir. Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Bu xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərdiyi müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə etmək imkanı qazanacaq. Qeyd edək ki, avqustun 12-də “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti geniş ictimaiyyətə təqdim edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…