APOEL -“Qəbələ” futbol komandasının oyununun hakimləri açıqlanıb

25 Sentyabr 2019 10:50

Xəbər 510 dəfə oxunub

UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək APOEL (Kipr)-“Qəbələ” oyununun hakimləri açıqlanıb.Azərtac xəbər verir ki, matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcəklər. Görüşün dördüncü hakimi yerli assosiasiya təmsilçisi olacaq ki, onun adı hələ dəqiqləşməyib.Qarşılaşmanın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.Oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.xeber100.com