ABŞ-ın Ohayo Universiteti və “Apple” şirkəti rəqəmsal təhsil sahəsində yeni, “Digital Flagship University” layihəsinə başlayır. Universitetin prezidenti Maykl Dreykin sözlərinə görə, bu təşəbbüs tələbələrə müasir mobil bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə rəqabətli əmək bazarında müvəffəqiyyət qazanmağa imkan verəcək.Azərtac “psm7.com” saytına istinadla xəbər verir ki, layihə çərçivəsində təhsil müəssisəsində yeni “iOS Design Lab” laboratoriyası fəaliyyətə başlayacaq. Laboratoriya tələbələr, müəllimlər və yerli sakinlər üçün açıq olacaq. Burada texniki hazırlıq aparılacaq, “Apple Swift” və digər maarifləndirici proqramlar həyata keçiriləcək. Bundan əlavə, “Apple” universitetə yeni proqramlar hazırlamaqda kömək göstərəcək. Bu ildən başlayaraq birinci kurs tələbələri “iPad Pro”, “Apple Pencil” və “Smart Keyboard” qurğularını əldə edəcəklər.“Apple” şirkətinin baş direktoru Tim Kuk “Digital Flagship University” layihəsinin tələbələrə unikal imkanlar təqdim etdiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…