“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir.“Planet Today” resursu bildirir ki, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq. “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb.Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb.İlk dəfə 2011-ci ilin ortalarında təqdim edilən “Apple” şirkətinin “iCloud” “bulud” servisi qurğular (PC, “Mac”, “iPod Touch”, “iPhone”, “iPad”) arasında müxtəlif informasiyanı sinxronlaşdırmağa imkan verir. Burada bütün istifadəçilərə müxtəlif informasiyanı saxlamaq üçün 5 qiqabaytlıq disk verilir. Servis, həmçinin “iTunes” musiqi pleyeri ilə sinxronizə edilib. “iCloud” vasitəsilə elektron poçt məlumatlarının mübadiləsi mümkündür. Yaxın insanların və dostların əvvəlcədən razılığı ilə onların olduqları yerlər haqqında məlumat əldə etməyə imkan verən “Dostları tap” əlavəsi xüsusi diqqət cəlb edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…