Aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilir

12 Aprel 2019 12:42

Xəbər 525 dəfə oxunub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, beşinci yarış günündə – aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilir. Bu gün 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparırlar.Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) serbiyalı Sebastyan Kolompar, Taleh Məmmədov (63 kq) Moldova təmsilçisi Donior İslamov, Elvin Mürsəliyev (77 kq) almaniyalı Roland Şvarts, İslam Abbasov (87 kq) digər almaniyalı Denis Kud, Sabah Şəraiti (130 kq) Çexiya idmançısı Stepan David ilə qarşılaşacaq.xeber100.com