Aprelin 23-də Vyanada ənənəvi şəhər marafonu keçirilib. Sayca 40-cı dəfə təşkil olunan marafonda dünyanın 130-dan artıq ölkəsindən 35 mindən artıq peşəkar və həvəskar idmançı iştirak edib.
Yubiley marafonu tam, yarım və estafetli marafon nominasiyalarında keçirilib və marafona qoşulanların təxminən 9 mini isə tam məsafəni qaçan atletlər arasında yer alıb.
Builki şəhər marafonunun qalibi kişilər arasında keniyalı Samvel Mailu olub. O, marafon məsafəsini 2:05:08 saata qət edərək, birinciliyi əldə edib. O, bu göstərici ilə efiopiyalı Qetu Felekenin doqquz il bundan əvvəl müəyyən etdiyi rekordu (2:05:41) təzələyib. Qadınlar arasında finiş xəttinə keniyalı Maqdaline Masai (2:24:12) çatıb.
Ənənəvi olaraq bu il də marafona Azərbaycan nümayəndəsi qatılıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik Azər Heybətli ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafonda iştirak edib.
Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul köçürüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…