Yaxın vaxtlarda Lənkəranda aqrokimya laboratoriyası yaradılacaq.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Lənkəranda keçirilən “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda elmi-praktik seminarda səsləndirilib.Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının, cənub bölgəsində çayçılıq və sitrusçuluqla məşğul olan fermerlərin iştirak etdiyi seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə sitrusçuluq və çayçılığın inkişafı ilə bağlı müvafiq Sərəncamının icrasının əhəmiyyətini diqqətə çatdırıb.Çıxışlarda qeyd olunub ki, sitrus bitkilərinin xəstəlik və zərərvericiləri onlara qarşı mübarizə metodları, kimyəvi preparatların alışı, yeni çay rayonlarının yaranması, bu sahədə kadr çatışmazlığı, aqrokimya laboratoriyasının yaradılması gündəlikdə duran başlıca vəzifələrdir.Tədbir iştirakçıları Lənkəranın çay plantasiyaları ilə tanış olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…