Oktyabrın 23-26-da Bakı Ekspo Mərkəzində XI Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu – “Aquatherm Baku 2018” sərgisi keçiriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, “Aquatherm Baku” sərgisi istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Hər il əksəriyyəti sənaye peşəkarları olan minlərlə insan bu sərgini ziyarət edir.Bu il sərgidə Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələri təmsil edən şirkətlər bir araya gələcək. “Aquatherm Baku 2018” sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün IT texnologiyalar da təklif olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…